ABŞ-ın xarici ölkələrdə 800 hərbi bazası var

09:58 22.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın İraq, Əfqanıstan və Suriya da daxil olmaqla dünya üzrə 800-ə yaxın hərbi bazası var.

Hafta.az-ın yazdığına görə, ABŞ son illər İraq, Əfqanıstan və Suriya da daxil olmaqla bir çox bölgədə hərbi bazalarını bağlasa da, hazırda dünya üzrə 800-ə yaxın bazası var ki, bunların bir çoxu kiçik radar bazalarıdır. Bu bazaların saxlanmasının dəyəri 200 milyard dollardan çoxdur. ABŞ Müdafiə Nazirliyinin məlumatlarına görə, 2018-ci maliyyə ilində ABŞ bazalarının dəyəri 749 milyard dollar qiymətləndirilib.

ABŞ bazalarına düşmən müşahidə məntəqələrindən tutmuş dəniz təchizat məntəqələrinə, təlim bazalarından radar bazalarına qədər Müdafiə Nazirliyinə bağlı bütün ABŞ Hərbi strukturları daxildir. Bu bazalardakı hərbçilərin sayı 180 min civarındadır ki, bunun da 60-70 mini Yaxın Şərqdədir. Xüsusilə nəzərə alsaq ki, digər ölkələrdə sabit bazası olan ölkələrin toplam 17, ümumilikdə isə 70-ə yaxın ölkə olduğu nəzərə alınmaqla, bu rəqəmlər daha da əhəmiyyət kəsb edir.

ABŞ bazalarının sayının bu qədər çox olmasının əsas səbəbi, görünür, onun bir ölkələrdə qurduğu bazanı nadir hallarda tərk etməsidir. Buna misal olaraq ABŞ-ın Almaniyadakı bazası “Ramstein”i göstərmək olar. İkinci Dünya Müharibəsindən sonra ABŞ tərəfindən 1949-cu ildə yaradılan bu baza hələ də ABŞ Hərbi Hava Qüvvələrinin bazası kimi fəaliyyət göstərir və 53 min personalı ilə Birləşmiş Şttalardan kənarda Pentaqonun ən böyük bazasıdır.

“Ramstein”dən başqa ABŞ-ın Almaniyada daha 87 bazası var. Almaniya həm də ABŞ hüdudlarından kənarda ən çox ABŞ bazası olan ölkə olmaq xüsusiyyətinə malikdir. Almaniyanı 86 baza ilə Yaponiya, 64 baza ilə Cənubi Koreya, 29 baza ilə İtaliya və 16 baza ilə İngiltərə izləyir.

ABŞ-ın ən çox bazasına malik ölkələr arasında Türkiyə 9 hərbi strukturla 9-cu yerdədir. Türkiyənin ən böyük və ən tanınmış hərbi strukturu “İncirlik” Hava Bazasıdır. Türkiyənin 1950-ci illərdə NATO üzvlüyündən sonra qurulan bazada ABŞ Hərbi Hava Qüvvələrinin bölmələri və təxminən 2500 personal çalışır.

İstifadə edilməmiş bazaların illik xərci 500 milyon dollardır.

ABŞ-ın dünyaya yayılan nəhəng bazaları 2018-ci ildə Yaponiyanın Okinava şəhərində 70 min insan və Almaniyanın “Ramşteyn” Bazasının qarşısında minlərlə insanla tez-tez etiraz edilir. ABŞ Müdafiə Nazirliyinin məlumatlarına görə, mövcud bazaların tutumu ehtiyacdan 21 faiz çoxdur. Pentaqonun məlumatlarına görə isə bu bazalardakı infrastrukturun 30 faizi zəif və ya çökməkdədir.

Dünyada ölçüləri ilə seçilən digər böyük sabit bazalar aşağıdakılardır:

Əfqanıstanda 6, Bəhreyndə 2, Belçikada 2, Bolqarıstanda 4, Kubada 1 (Quantanamo), Cibutidə 1, Almaniyada 87, Yunanıstanda 1, Qrenlandiyada 5, İraqda 12, İtaliyada 29, Yaponiyada 86, Kosovoda 1, Küveytdə 8, Qırğızıstanda 1, Niderlndda 2, Peruda 1, Portuqaliyada 1, Porto Rikoda 1, Qətərdə 1, Səudiyyə Ərəbistanında 5, Sinqapurda 1, Cənubi Koryada 64, İspaniyada 2, Türkiyədə 9, İngiltərədə 16…